28 ildir SSRİ pasportu ilə Türkiyədə yaşayır

28 ildir SSRİ pasportu ilə Türkiyədə yaşayır
13:12 11 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

1961-ci il təvəllüdlü ukraynalı qadın Aleksandra Dravetskaya 28 ildir ki, SSRİ pasportu ilə Türkiyədə yaşayır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 90-cı illərdə SSRİ-nin dağılması ərəfəsində Aleksandra qeyri-leqal şəkildə Türkiyədə yaşayırmış. O, gəmi ticarəti ilə məşğul olaraq, malları İstanbuldan Kiyevə daşıyıb. 90-cı illərin ortalarında Dravetskaya İstanbuldakı Ukrayna konsulluğuna pasport üçün müraciət etsə də, ona bildirilib ki, sənədləri dövlət arxivində yoxdur. Aleksandra bu səbəbdən SSRİ pasportu ilə yaşamağa davam edib.

O, hətta türk vətəndaşla ailə qurub. Dravetskaya artıq Ukrayna pasportu deyil, Türkiyə qeydiyyatına düşmək üçün yaşadığı ölkənin şəxsiyyət vəsiqəsini almaq istəyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR