Ağır qəzada 3 nəfər - diri-diri yandı

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində Yasuc-Çinarestan yolunda ağır avtomobil qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, bunu İranın Kohgiluyə və Buyir-Əhməd vilayətinin təcili yardım idarəsinin rəhbəri Möhsün Cəlil deyib.

M.Cəlilin sözlərinə görə, “Peugeot 206” avtomobilinin “Pride” markalı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobildə 3 nəfər yanaraq həlak olub.

İdarə rəsmisi əlavə edib ki, həmin avtomobilin 1 sərnişini, digər avtomobilin isə 2 sərnişini xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (trend.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR