Homoseksuallıq bu səbəblərdən yaranır - Genetik keçmədiyi məlum oldu

Bəzi elm adamları homoseksuallığın səbəblərini DNA-da olan genlərlə əlaqələndirirdilər. Lakin, yeni bir araşdırma bu mülahizənin yanlış olduğunu ortaya çıxartdı.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, yeni bir araştırma nəticəsində məlum olub ki, homoseksual davranışlara səbəb olan bir neçə faktor mövcuddur. Mütəxəssislər bu vəziyyəti boy uzunluğunu müəyyən edən faktorlarla müqayis ediblər.

Beynəlxalq araşdırmaçılardan təşkil olunan bir heyət bugünə kimi olan ən geniş genetik və homoseksuallıq araşdırmaları aparıblar. Araşdırmanın ilk qismində Böyük Britaniyada daha öncə öz həmcinsləri ilə birlikdə olmuş 500 min şəxsin məlumatları istifadə olunub.

Araşdırmalar nəticəsində məlum olub ki, homoseksuallıq sadəcə 1/3%-lə genetik faktorlardan asılıdır. Digər faktorlar isə böyüdülmə tərzi, mədəniyyət, ana rəhmindəki hormonal vəziyyət və s. hesab edilir. Araşdırmaya görə, homoseksuallıq ilə yeni təcrübələrə açıqlıq və sehni xəstəliklər arasında əlaqə mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR