İlk insana aid kəllə sümüyü tapıldı

Elm adamları ilk insana aid haradasa heç bir əksiyi olmayan bir kəllə sümüyü kəşf edib.

Metbuat. az xarici mediaya istinadla bildirir ki, kəllə sümüyünün aid olduğu canlının bundan 3.8 milyon il əvvəl yaşamış meymun və insana bənzəyən əlamətlər daşıyan bir növə aid olduğu bildirilib.

İlk dəfə 4.2 milyon il əvvəl ortaya çıxan sümüyün çağdaş insanın təkamül müddətində çox əhəmiyyətli bir dövrə işıq tutması gözlənilir.

Efiopiyanın paytaxtı Addis Ababanın 550 kilometr şimal-şərqində kəşf edilən kəllə sümüyünün uzunluğu 20 santimetr, genişliyi isə 11.5 santimetrdir.

Daha əvvəlki çalışmalar bu növün boyunun təxminən 1.5 metr olduğunu ortaya çıxarmışdı. Amma bu kəllə sümüyünün aid olduğu şəxsin boyu ilə bağlı elm adamları hələ heç bir fikir bildirməyib.

Sümüyün aid olduğu növün iki ayaqlı olduğu, yalnız ağaclar arasında gəzə bildiyi və müasir insandan daha kiçik olduğu düşünülür.

Tapılan bu növün 1974-cü ildə kəşf edilən yerin təxminən 56 metr yaxınlığındakı Afar bölgəsində gün üzünə çıxarılan və "Lucy" adı verilən skelet qalıntılarının əcdadı olduğu güman edilir. "Lucky"nin 3.2 milyon il əvvəl yaşadığı müəyyən edilmişdi.

https://metbuat.az/news/1246030/oldurduyu-anasinin-beynini-bisirmek-isteyerken-yaxalandi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR