Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu komandalar müəyyənləşəcək

Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu komandalar müəyyənləşəcək
07:22 29 Avqust 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
"Report"un məlumatına görə, cavab oyunlarının yekununda qrup mərhələsinə vəsiqə qazanan son 21 komandanın adı müəyyənləşəcək. 
Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiya "Linfild"ini qəbul edəcək.
Türkiyənin "Trabzonspor" komandası evdə Çexiya "Sparta"sı ilə üz-üzə gələcək. Azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Rusiya "Spartak"ı isə Portuqaliya "Braqa"sı ilə münasibətlərinə aydınlıq gətirəcək.
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
20:00. "Qarabağ" (Azərbaycan) - "Linfild" (Şotlandiya)
İlk oyun - 2:3
20:45. "Riqa" (Latviya) - "Kopenhagen" (Danimarka)
İlk oyun - 1:3
21:00. AİK (İsveç) - "Seltik" (Şotlandiya)
İlk oyun - 0:2
21:00. “Apollon” (Kipr) - PSV (Hollandiya)
İlk oyun - 0:3
21:00. BATE (Belarus) - "Astana" (Qazaxıstan)
İlk oyun - 0:3
21:00. “Bney Yehuda” (İsrail) - “Malmö” (İsveç)
İlk oyun - 0:3
21:00. "Mölde" (Norveç) - "Partizan" (Serbiya)
İlk oyun - 1:2
21:00. PAOK (Yunanıstan) - "Slovan" (BratislavaSlovakiya)
İlk oyun - 0:1
21:00. “Zarya” (Luqansk, Ukrayna) - “Espanyol” (İspaniya)
İlk oyun - 1:3
21:15. "Spartak" (Moskva, Rusiya) - "Braqa" (Portuqaliya)
İlk oyun - 0:1
21:30. “Hapoel Beer-Şeva” (İsrail) - “Feyenoord” (Hollandiya)
İlk oyun - 0:3
21:30. “Antverpen” (Belçika) - AZ (Alkmaar, Hollandiya)
İlk oyun - 1:1
21:30. "Trabzonspor" (Türkiyə) - AEK (Afina, Yunanıstan)
İlk oyun - 3:1
22:00. "Düdelanj" (Lüksemburq) - "Ararat" (Ermənistan)
İlk oyun - 1:2
22:00. "Ferentsvaroş" (Macarıstan) - "Suduva" (Litva)
İlk oyun - 0:0
22:00. “Riyeka” (Xorvatiya) - “Gent” (Belçika)
İlk oyun - 1:2
22:15. "Maribor" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan)
İlk oyun - 0:0
22:30. “Ayntraxt” (Frankfurt, Almaniya) - “Strasburq” (Fransa)
İlk oyun - 0:1
22:45. “Reyncers” (Şotlandiya) - "Legiya" (Polşa)
İlk oyun - 0:0
22:45. “Vulverhempton” (İngiltərə) - "Torino" (İtaliya)
İlk oyun - 3:2
23:00. "Vitoriya" (Gimaraynş, Portuqaliya) - "Styaua" (Rumıniya)
İlk oyun - 0:0 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasinda-qrup-merhelesinin-son-istirakcilari-bilinir-afi-sa

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR