"Gəminin Suriyaya gedib getməməsi heç kimi maraqlandırmır" - İrandan girov tanker açıqlaması

İran Xarici İşlər Nazirliyi sözcüsü Abbas Musəvi İran mediasənda yer alan açıqlamasında Cəbəlüttariq hökümətinin dünən sərbəst buraxdığı "Grace1" adlı tankerlə bağlı Tehranın hər hansı bir öhdəlik götürdüyü iddilalarını yalanlayıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Musəvi İranın istədiyi müştəriyə neft sata biləcəyini deyib:

"İran "Grace1" tankerinin sərbəst buraxılması üçün heç bir öhdəlik götürməyib. Tankerin Suriyaya gedib getməyəcəyi ilə bağlı heç kimə zəmanət verməmişik. Tankerin Suriyaya gedib getməməsi heç kimi maraqlandırmır. Onlar şərəfləri ilə işin içindən çıxmaq üçün zəmanət məsələsini gündəmə gətirirlər".

İran Dənizçilik və Limanlar Qurumu səlahiyyətlisi Cəlil İslami 25 nəfərlik heyəti olan tankerin Aralıq dənizinə doğru hərəkət etdiyini bildirib.

Qeyd edək ki, iyulun 4-də Cəbəlüttariq höküməti Suriyaya tətbiq edilən sanksiyaları pozduğu əsasını gətirərək İrana aid tankeri durdurmuşdu. Dünən məhkəmənin qərarı ilə gəmi sərbəst buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR