Messi ilk turu buraxacaq, Ronaldo da zədələnib

Barselona”nın kapitanı Lionel Messi bu gün “Atletik Bilbao"ya qarşı oynanılacaq La Liqanın yeni mövsümünün açılış qarşılaşmasını buraxacaq.

Metbuat.az xəbər verir ki, əzələsi dartılan 32 yaşlı hücumçu hazırda bərpa prosesi keçir. Argentinalının gələn həftə komanda ilə birgə məşqlərdə iştirak edəcəyi gözlənilir.

İtaliyanın “Yuvnetus” klubunun hücumçusu Kriştiano Ronaldo isə məşqdə xəsarət alıb. Sol budunda ağrı olan portuqaliyalı forvardın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Onun avqustun 24-də “Parma” ilə səfərdə baş tutacaq A seriyasının açılış oyununu buraxmaq ehtimalı var.

Qeyd edək ki, bu gün keçiriləcək “Atletik Bilbao” – “Barselona” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR