Abşeronda minik maşını yük maşınına çırpılıb - 1 ölü

Abşeron rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat-a verilən məlumata görə, avqustun 15-də saat 5 radələrində Abşeron rayonunun Çaylı kəndi ərazisində Bakı şəhər sakini Sənan Xəlili idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən, Şamaxı rayon sakini K.Musayevin idarə etdiyi “Tatra” markalı (yük) avtomobilə vurub və zərbədən “Hyundai” markalı avtomobilin mühərrik hissəsində yanğın baş verib.

Nəticədə S.Xəlili hadisə yerində ölüb, mühərrikin yanar konstruksiyaları yanıb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR