FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb - FOTOLAR

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun əməkdaşı, yüngül atlet Zəkiyyə Həsənova daha bir mötəbər beynəlxalq yarışdan medalla dönüb.

Metbuat.az bildirir ki, Zəkiyyə Həsənova növbəti uğuruna 10-11 avqust 2019-cu il tarixlərində Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında imza atıb.

13 ölkənin təmsil olunduğu çempionatın birinci günü idmançımız 100 m məsafəyə qaçışda 11,94 saniyə, 4x100 m məsafəyə estafet qaçışında isə 46,92 saniyə nəticə ilə, yarışların ikinci günü isə 200 m məsafəyə qaçışda 24,52 saniyə nəticə ilə bürünc medal qazanıb.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR