Bu xəstəlik dünyanı cənginə aldı - HESABAT

Bu xəstəlik dünyanı cənginə aldı - HESABAT
05:28 14 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılca virusu ilə bağlı yeni hesabatını yayımlayıb. Hesabata görə, bu ilin keçən 9 ayı ərzində dünya miqyasında 364.808 nəfər qızılcaya yoluxub. Bu, 2006-cı ildən bəri ən yüksək yoluxma göstəricisi hesab olunur.

Teleqraf.com xəbər verir ki, ÜST qızılcanın sürətlə yayıldığı ölkələrə Konqo, Madaqaskar və Ukraynanın öncüllük etdiyini açıqlayıb.

Qızılca peyvəndinin aşağı olduğu Anqola, Kamerun, Çad, Qazaxıstan, Nigeriya, Filippin, Cənubi Sudan və Tailandda isə qorxunc virusun yayılması davam edir.

ABŞ-da da son 25 ilin ən yüksək qızılcaya yoluxma halı qeydə alınıb. Avropada isə ilin ilk 6 ayında qızılcaya yoluxma sayı 90 min nəfəri ötüb.

Bu göstəricilər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən 85 min nəfərdən çoxdur.

Mütəxəssislərə görə, qızılcanın yayılmasının qarşısını almaq üçün uşaqların 95 faizinə iki dəfə peyvənd vurulmalıdır. Hazırda dünyada 20 milyon azyaşlıya qızılcaya qarşı peyvənd vurulmayıb. 23 ölkədə isə uşaqların ikinci dəfə peyvənd etdirilməsi dövlət proqramında yer almır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/287405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR