“Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra olunub

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu mərhələnin şərtlərinə əsasən, müsabiqə iştirakçısı olan ölkələrin komandalarından iki nəfər ayrılaraq qarışıq snayper cütlükləri təyin olunur.

“Beynəlxalq qarışıq snayper cütlüklərinin dueli” mərhələsinin icrası zamanı QırğızıstanMonqolustan komandalarından olan snayperlər ilə bərabər yarışan komandamızın snayperləri müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR