Azərbaycan və İran prezidentləri Soçidə təkbətək görüşəcək

İran Prezidenti Həsən Ruhani Soçidə keçiriləcək Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşəcək.

Bu barədə Metbuat.az-a "RİA Novosti" yə istinadən xəbər verir.

İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili deyib ki, Ruhani hər iki ölkədən olan həmkarı ilə görüşdə ikitərəfli münasibətlərdə önəm kəsb edən məsələləri müzakirə edəcək.

P.İsmaili qeyd edib ki, Soçi sammitin nəticələrindən sonra birgə bəyanatın qəbul olunacağını da qeyd edib.

Qeyd edək ki, avqustun 14-də Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR