“Huawei” öz əməliyyat sistemini təqdim edib

“Huawei” öz əməliyyat sistemini təqdim edib
16:35 9 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Çinin "Huawei" şirkəti ABŞ tərəfindən qoyulmuş sanksiyalar fonunda "Harmony OS" adlı öz əməliyyat sistemini təqdim edib.

 

"Bizim tərəfimizdən hazırlanmış əməliyyat sistemi smartfon, "ağıllı" saat, fərdi kompüter və planşetlər üçün uyğundur" – "Huawei CBG" şirkətinin direktoru Riçard Yu deyib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "Harmony" sistemi Çin şirkətinin smartfonlarında istifadəsi təhlükə altında olan "Android" əməliyyat sistemini əvəz edə bilər. Cari ilin mayında ABŞ Ticarət Nazirliyi "Huawei" şirkətini qara siyahıya salıb. Nəticədə Çin şirkətinə amerikalı istehsalçılardan komponent və texnologiya satın almaq qadağan edilib. Həmçinin "Huawei" şirkətinə müvafiq lisenziya olmadan ABŞ-da biznes işləri ilə məşğul olmaq qadağan edilib. Çin şirkətinin mövcud müştərilərinə "Android" sisteminin yeniləmələri üçün verilmiş müvəqqəti icazə avqustun 19-dək etibarlıdır.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-62338-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR