Kürdəmirdə nar bağında baş vermiş yanğın söndürülüb

Kürdəmirdə nar bağında baş vermiş yanğın söndürülüb
18:42 21 İyul 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda yerli sakinə məxsus nar bağında baş vermiş yanğın söndürülüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, nəticədə 40 yaşlı Muradxan kənd sakini Qəribov Laçın Qaybalı oğluna məxsus 1 hektar bağ ərazisi, 50 ədəd nar ağacı və ona yaxın sahədə 5 hektar biçilmiş taxıl sahəsi yanıb.
FHN-in Kürdəmir rayon Dövlət Yanğın Mühafizə İdarəsinin əraziyə cəlb olunmuş texnika və canlı qüvvəsi alovun digər ərazilərə keçməsinin qarşısını alıb.
Fakt araşdırılır.

***16:22
Kürdəmir rayonunda yerli sakinə məxsus nar bağında yanğın olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Muradxan kəndində Qəribov Laçın Qaybalı oğluna məxsus bağda qeydə alınıb.
Əraziyə FHN-in Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-nar-bagi-yanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR