Cəlilabadda 5 otaqlı ev yanıb

Cəlilabadda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, rayonun Bədirli kəndində ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 68 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR