Səfir: Azərbaycan və İsveçrə bütün sahələrdə dost münasibətləri var

Səfir: Azərbaycan və İsveçrə bütün sahələrdə dost münasibətləri var
03:52 12 İyul 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və İsveçrənin bütün sahələrdə dost münasibətləri var.
"Report" xəbər verir ki, bu barədə İsveçrənin Azərbaycandakı səfiri Muriel Penever ölkəsinin rəsmi milli bayramı və Azərbaycanla İsveçrə arasında texniki əməşdalığın 20 illiyi münasibətilə rəsmi qəbulda deyib.
Diplomat qeyd edib ki, ölkələr müxtəlif sahələrdə, xüsusilə də keyfiyyətli suya çıxış, fermerlərə dəstək, qadın sahibkarlığı və s. əməkdaşlıq edir.
“Bizim əməkdaşlığın məqsədi – Azərbaycan iqtisadiyyatının diversifikasiyası, makroekonomika və biznes inkişafının təşviqidir. Bu gün İsveçrə və Azərbaycan həm siyasət, həm də iqtisadiyyat və mədəniyyət sahələrində dost münasibətləri var”, - deyə səfir bildirib.
XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.
“Ölkələrimiz arasında siyasi dialoq bu əlaqələrin möhkəmlənməsini təşviq edir. Yüksək səviyyədə qarşılıqlı səfərlər buna dəlalətdir. Bizim həmçinin iqtisadi əməkdaşlığımız var. İmzalanan və imzalanması nəzərdə tutulan sənədlər əlaqələrimizi möhkəmləndirir”, - o deyib.
Səfir həmçinin aktiv mədəni və humanitar əməkdaşlığın vacib faktor olduğunu qeyd edib və mövcud əlaqələrin möhkəmlənməsinin hər iki ölkənin xeyrinə olacağına ümid edib.  



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-azerbaycan-ve-i-svecre-butun-sahelerde-dost-munasibetleri-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR