Yüksək rütbəli məmurun oğlu özünü 5-ci mərtəbədən atdı - Bakıda intihar

Bakıda yüksək rütbəli məmurun oğlu intihar edib.

Metbuat.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib.

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu bu gün özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O.Ağayev hadisə yerində dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

İntihar edən O.Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğludur.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR