Bu il dünya İT bazarında durğunluq gözlənilir

Bu il dünya İT bazarında durğunluq gözlənilir
15:35 10 İyul 2019
Ölkə mətbuatı
A- A+

“Gartner” şirkəti cari il üçün dünya informasiya texnologiyaları (İT) bazarı üzrə proqnoz açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews www.servernews.ru” resursuna istinadən yazır ki, qiymətləndirməyə görə, 2018-ci ildə İT sahəsində qlobal xərclər təxminən 3,72 trilyon dollar təşkil edib ki, bu da 2017-ci ilin nəticəsindən 5,1 faiz çoxdur.
 
2019-cu ildə dünya İT bazarında durğunluq gözlənilir. Şirkət analitiklərinin fikrincə, xərclərin 0,6 faiz artması nəticəsində sahə 3,74 trilyon dollarlıq nəticə nümayiş etdirəcək.
 
Bu il xərclərin ümumi həcmində məlumat emalı mərkəzləri üçün sistemlərin payı 203 milyard dollar təşkil edəcək. Korporativ sinfə aid proqram təminatı 457 milyard dollar məbləğində qazanc gətirəcək. Avadanlıqlar seqmentində xərclər 682 milyard dollar səviyyəsində proqnozlaşdırılır.
 
İnformasiya texnologiyaları sahəsində müxtəlif servislərin gəliri 1,03 trilyon dollara bərabər olacaq. 1,37 trilyon dollar dünya İT bazarının ən böyük seqmenti olaraq qalacaq kommunikasiya servisləri sektorunun payına düşəcək.
 
“Gartner” analitiklərinin qənaətinə görə, 2020-ci ildə İT sahəsində qlobal miqyasda xərclər 3,7 faiz artaraq 3,88 trilyon dollara çatacaq.
 
Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-61762-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR