Nikahdan əvvəl məcburi QİÇS yoxlaması tətbiq oluna bilər

Nikahdan əvvəl məcburi QİÇS yoxlaması tətbiq oluna bilər
14:22 10 İyul 2019
22 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Qoa ştatında nikahdan əvvəl gənclərin məcburi QİÇS yoxlamasından keçirilməsi tətbiq oluna bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda bu prosedur yalnız könüllü şəkildə keçirilir.

Məcburi yoxlamalar iyulun 15-dən etibarən tətbiq oluna bilər.

Qeyd edək ki, Hindistan QİÇS-ə yoluxanların sayına görə ölkələr arasında üçüncü yerdə gedir. Ölkədə 2,1 milyon nəfər bu virusa yoluxub. Nigeriyada bu rəqəm 3,2 milyon, CAR-da 7,1 milyon nəfərə bərabərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/769756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR