Bankomatdan istifadə baxımından ən təhlükəli ölkələr açıqlandı - SİYAHI

Bankomatdan istifadə baxımından ən təhlükəli ölkələr açıqlandı - SİYAHI
04:38 10 İyul 2019
89 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ, Kanada, Böyük Britaniya, Hindistan və İndoneziyada bankomatan istifadə edərkən daha ehtiyatlı olmaq lazımdır.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ölkələrdə bankomatdan pul çıxaran şəxslərin soyğunçuluq (skimminq) hallarına məruz qalması ehtimalı yüksəkdir.

Qeyd edək ki, skimminq bankomat vasitəsilə plastik kartın pin kodunu müəyyən etmək, eləcə də kartın surətini çıxarmaq üçün lazımi məlumatları oxumaqdan ibarət dələduzluq növüdür. Ekspertlərin fikrincə, kart istifadəçiləri özlərini qorumaq üçün kartı mümkün qədər gizli saxlamalı, pin kodu onun üzərinə yazmamalı, kodu yığarkən kənardan görünməsin deyə klaviaturanı əllə örtməli, hər bankomatdan istifadə etməməlidir.

Məlumatda o da deyilir ki, yay aylarında bank kartlarından oğurluq halları azalır, lakin kartını itirənlərin sayı artır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/284208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR