“Android 9.0 Pie” sistemli yeni “Samsung” planşeti təqdim olunub

“Android 9.0 Pie” sistemli yeni “Samsung” planşeti təqdim olunub
10:35 9 İyul 2019
Ölkə mətbuatı
A- A+

“Samsung” şirkəti metal korpus, iki dinamik və 5100 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz olunan “Galaxy Tab A” (2019) (SM-T290) planşet kompüterini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, 8 düym diaqonala malik ekran 1280 х 800 piksel təsvir ölçüsü, 16:10 tərəf nisbəti və TFT matrisası ilə xarakterizə edilir. Ön paneldə fiziki düymələrin quraşdırılmaması ekranın əhatə dairəsini genişləndirməyə imkan verib.
 
Yeni qurğu 2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 429” prosessoru, “Adreno 504” qrafik sürətləndiricisi, 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz olunub. Bundan başqa, 512 giqabayt tutumlu “microSD” yaddaş kartından istifadə mümkündür.
 
Əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, ön kameranın isə 2 meqapiksel təşkil edir. Qalınlığı 8 mm təşkil edən qurğunun çəkisi 345 qrama (LTE rabitəsini dəstəkləməyən versiya) bərabərdir.
 
Yeni model “Samsung” şirkətinin “Android” əməliyyat sisteminin ən yeni versiyası olan “9.0 Pie” ilə işləyən ilk planşetlərindəndir. Planşet “Wi-Fi a/b/g/n” (2,4 və 5 QHs), “Wi-Fi Direct”, “Bluetooth 4.2”, “GPS” və “GLONASS” kimi simsiz rabitə vasitələrini dəstəkləyir.
 
Qara və gümüşü rəngdə satışa çıxarılacaq “Samsung Galaxy Tab A” (2019) planşetinin “LTE” modemini dəstəkləməyən versiyasının qiyməti 158 dollar təşkil edəcək.
 
Qurğunun satışlarına iyulun 12-dən etibarən başlamaq nəzərdə tutulur.
 
Nizam Nuriyev



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-61722-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR