Afrika Millətlər Kuboku: Tunis Qananı məğlub edərək 1/4 finala vəsiqə qazanıb

Afrika Millətlər Kuboku: Tunis Qananı məğlub edərək 1/4 finala vəsiqə qazanıb
02:27 9 İyul 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Afrika Millətlər Kubokunun 1/8 final matçında Tunis Qana komandası ilə qarşılaşıb.
"Report" xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da qol vura bilməyən tərəflər münasibətlərinə penaltilərdə aydınlıq gətiriblər.
Penaltilər seriyasında daha dəqiq olan Tunis rəqibini 5-4 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb. 
Beləliklə, 1/4 finalda Tunis Madaqaskar komandası ilə üz üzə gələcək. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/afrika-milletler-kuboku-tunis-qanani-meglub-ederek-1-4-finala-vesiqe

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR