Jaipur şəhəri Dünya İrs Siyahısına salındı

Jaipur şəhəri Dünya İrs Siyahısına salındı
16:17 6 İyul 2019
42 Ölkə
Ölkə mətbuatı
A- A+

İyulun 6-da Dünya İrs Komitəsi sessiyasının plenar iclasında baxılan növbəti nominasiya Hindistanın Rajastan ştatındakı Jaipur şəhəri ilə bağlı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ICOMOS (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) nümayəndəsi Dünya İrs Siyahısına təqdim edilən nominasiya ilə bağlı məlumat verdi. Bildirildi ki, XVIII əsrin əvvəllərində əsası qoyulan şəhərin özünəməxsus memarlıq üslubu var. Hind, Moğol memarlığı və müasirliyi özündə birləşdirir. Buna baxmayaraq şəhər ənənəvi yaşayış mülkiyyət meyarları ilə bağlı əlavə tədbirlər görülməlidir. Burada qorunma planı adekvat deyil və yeni idarəçilik sisteminə ehtiyac var.

Dünya İrs Komitəsinə üzv dövlətlərin (Komitənin 21 üzvü var) təmsilçiləri məsələyə dair fikirlərini bildirdilər. Braziliya faylı təsdiqlədiyini və şəhərin 9 orijinal darvazasının tarixi şəhər statusunu saxlamağa layiq olduğunu vurğuladı. Hindistan nümayəndəsi faylla bağlı ətraflı məlumatı diqqətə çatdırdı.

Norveç, Bəhreyn, Kuba, Azərbaycan, Küveyt, Zimbabve, Tunis və digər ölkələr faylla bağlı müzakirələrdə nominasiyaya təqdim edilən mədəni irsin xüsusiyyət təhlilləri ilə bağlı mülahizələrini söylədilər. Qırğızıstan sənətkarlıq izlərinin də Jaipur şəhərinin təklif olunan nominasiyaya daxil olmasını yüksək qiymətləndirdi. Braziliya bununla yanaşı faylın yaradıcı dəyəri olduğu üçün nominasiyanın mətninə dəyişiklik edilməsini təklif etdi. Məsələ ilə bağlı geniş müzakirələr aparıldı. Braziliyanın təklifi, xüsusi zonalı irs planına salınması ətrafında tövsiyələr diqqətə çatdırıldı.

Sessiyaya sədrlik edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev diqqətə çatdırdı ki, 14 ölkə Braziliyanın təklifinə səs verib. Beləliklə, faylın yeni mətninə əlavələr, memarlıq nəzarəti, hüquqi mühafizəni təkmilləşdirmək terminləri daxil edildikdən sonra nominasiya qəbul edildi.

Hindistan nümayəndəsi faylın qəbulundan qürur duyduqlarını bildirdi və təşəkkür etdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/768845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR