Karambola şirəsi susuzluğu yatırır

Karambola şirəsi susuzluğu yatırır
23:27 5 İyul 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Karambola tropik zonada bitən yeganə bitkidir ki, işığa qarşı o qədər də tələbkar deyil, rütubətsevərdir və elə buna görə də onu ev şəraitində də yetişdirmək mümkündür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, karambola ağacı Şri-Lanka, Hindistan, Cənubi Çin, Filippin, və İndoneziyada bitir, Cənubi və Cənub-Şərqi Asiyada daha çox yayılıb.

Karambolanın kəhrəba, qızılı-sarı və ya sarımtıl qəhvəyi rəngli meyvələri tropik ulduz kimi məşhurlaşaraq "star fruit" adını alıb. Meyvələrinin ümumi görünüşü miniatür dirijablı xatırladır. Onun meyvələrinin qabıqları yeməlidir, dadı alma, gavalı və üzümün birlikdəki dadını xatırladır. Qabığı nazik, yarımşəffaf və parlaq olur. Meyvələrin eninə kəsiyi beş, bəzən altı, yeddi guşəli ulduza bənzəyir. Turşa-şirin və şirin dada malikdir. Qəhvəyi rəngli toxumları xüsusi toxum kameralarında yerləşir və onların sayı meyvənin tilinə uyğun gəlir, forma və ölçüsünə görə yemi toxumlarına bənzəyir.

Yaşıl meyvələrini tərəvəz kimi istifadə edərək marinad hazırlayırlar. Karambolanın şirəsi susuzluğu yatırır. Meyvələrindən kokteyl, salat, şirə, sous, povidla, dondurma, jele və pudinqlərin hazırlanması və bəzədilməsində istifadə edilir.

Karambola meyvələrinin şirəsi turşəng turşusu ilə zəngin olduğuna görə paltar ləkələrinin təmizlənməsində, meyvəsinin lətindən isə mis və bürünc materiallı əşya səthinin cilalanmasında istifadə edilir.

Bitkinin müalicəvi xüsusiyyətləri az öyrənilsə də, Asiya xalqları müalicə məqsədilə onun yarpaq və çiçəklərindən istifadə edirlər. Bitkinin şirəsi susuzluğu yatırmaq qabiliyyətinə malikdir, arterial təzyiqi azaldır, işlədici təsirə malikdir, orqanizmdə olan artıq mayeni xaric edir, başağrısının qarşısını alır, avitaminoz zamanı faydalı təsir göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/768642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR