“Google”nin fəaliyyətində nasazlıq yaranıb

Dünyanın bir sıra ölkələrində “Google” axtarış sisteminin işində problemlər müşahidə olunub.

Metbuat.az xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur “Downdetector” xidmətinin səhifəsində bildirilib.

"Google işində nasazlıqlar ABŞ-ın Şərq sahili vaxtı üzrə saat 20:21-dən müşahidə olunur”, - deyə xidmətin xəbərində qeyd edilib.

Nasazlıqlardan ən çox şikayətlər ABŞ istifadəçilərindən daxil olub. Həmçinin Yaponiya, Latın Amerikası (Peru, Braziliya, Meksika) və Avropa (Belçika, İspaniya) ölkələrinin internet istifadəçiləri “Google”nin işindən narazılıq ediblər.(Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR