Çin hakerləri Qərbin İT nəhənglərini “sındırıblar”

Çin şirkətləri illərdir ki, Qərbin İT-nəhənglərinə aid məlumatları oğurlayırlar. Reuters-in araşdırmasına görə, informasiya bazaları Çin hakerləri tərəfindən sındırılan şirkətlərin arasında Hewlett Packard, IBM, Fujitsu və digər nəhənglər də var.

Metbuat.az xəbər verir ki, araşdırmaya əsasən, Çinin dövlət təhlükəsizlik orqanları ilə əlaqəli olduqları da güman edilir. Onlar əvvəlcə “Cloud Hopper” xidmətinin mühafizəsini yarıb, buradan onun xidmətlərindən istifadə edən şirkətlərin bazasına yol tapıblar.

“Reuters” yazır ki, Çin hakerləri həmin şirkətlərin zəif tərəflərindən, müştərilərindən və Qərbin texnoloji müdafiəsinin güclü olmayan sistemindən istifadə ediblər.

Agentliyin araşdırması zamanı o da bəlli olub ki, çinli hakerlər HPE servisinin müdafiəsini yarandan sonra ondan istifadə edərək, həm korporativ və rəsmi məlumatları oğurlayıb, həm də oradan digər Amerika şirkətlərinə hücumlar təşkil ediblər.

Hücumlardan zərər çəkən şirkətlərin arasında İsveçin telekommunikasiya avadanlığı istehsal edən “Ericsson” firması, aviabiletləri bronlaşdıran “Sabre” xidməti, ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin sifarişi ilə gəmilər tikən Huntington Ingalls Industries və s. də var.

İşi ağırlaşdıran məqam odur ki, “Cloud Hopper” qrupunun fəaliyyəti haqqında məlumat çoxdan olsa da, İT şirkətləri müştərilərin məhkəmə iddialarından qorxduqları üçün məsələni açıb-ağartmayıblar. Hətta indi də hücumun bəzi qurbanları məlumatlarının oğurlandığından xəbərsizdirlər.

Çinin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda ölkənin rəsmi qurumlarının belə bir fəaliyyətdə iştirakı olduğunu təkzib edib. (azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR