Məşhur rəssamın robotu yaradıldı

Osaka Universiteti ilə "Fujikin" şirkəti dünya tarixinin gəlmiş keçmiş ən böyük rəssamı kimi qəbul edilən Leonardo Da Vinçinin robotunu hazırlayıb.

Metbuat.az xəbər verir ki, robot Osakada keçirilən "G20 Zirvəsi"ndə nümayiş etdirilib. "Fujikin"in marketinq müdiri Koiçi Nakamura bildirib ki, məqsədləri məktəb şagirdlərinə elmi sevdirmək və Da Vinçinin işlərini onlara sadə bir dillə başa salmaqdır. Beləliklə şagirdlər əylənərək bilik qazanacaqlar.

Biliyin ancaq kitablarla anlaşılmasının mümkün olmadığını deyən Nakamura bildirib ki, robot hələlik eyni məlumatları təkrarlayır. Gələcəkdə isə verilən sualları cavablandırmasını və "Google" ilə əlaqə qurmasını təmin edəcəklər.

O qeyd edib ki, Da Vinçi robotu ingiliscə, yaponca və itaylanca danışa bilir və növbəti işləri A.Eynşteynin robotunu hazırlamaq olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR