Səfir: "Ümid edirəm ki, Bakı-Dehli reysi Hindistandan daha çox insanın Azərbaycana səfər etməsini təşviq edəcək"

Səfir: "Ümid edirəm ki, Bakı-Dehli reysi Hindistandan daha çox insanın Azərbaycana səfər etməsini təşviq edəcək"
19:57 3 İyul 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Dehli arasında birbaşa aviareysin açılması iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək”.
Bunu “Report”a Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib.
"Ümid edirəm ki, açılmış yeni reys Hindistandan daha çox insanın Azərbaycana səfər etməsini təşviq edəcək. Bakı-Dehli reysinin açılması xalqlararası təmasların təşviqinə, həmçinin biznes əlaqələrin genişlənməsinə imkan yaradacaq”, - deyə səfir bildirib.
Onun sözlərinə görə, Azərbaycan Hindistan turistləri arasında çox məşhur ölkədir: “Ötən il Hindistandan Azərbaycana 40 min turist gəlib. Bu ilin ilk beş ayında isə Hindistandan xarici səfər edənlərin 2 faizi Azərbaycana gəlib”.
Xatırladaq ki, iyunun 25-dən Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Hindistanın paytaxtı və ən böyük şəhərlərindən biri olan Dehliyə birbaşa uçuşlara başlayıb. AZAL-ın reysləri hər həftənin II və V günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/turizm/hindistandan-daha-cox-insan-azerbaycana-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR