Hindistanlı qonaqlar Sumqayıtda olublar

Hindistan İxrac Təşkilatları Federasiyası ilə Ticarət və Sənaye Palatasının ölkəmizdə səfərdə olan işgüzar nümayəndə heyəti Sumqayıt şəhərində olub.

Metbuat.az xəbər verir ki, Sumqayıtdakı Heydər Əliyev Mərkəzində qonaqlarla görüş keçirilib. Görüşdə Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, son vaxtlar həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat verilib.

Şəhərin sənaye potensialı, investisiya imkanları ilə bağlı qonaqları maraqlandıran suallar cavablandırılıb, əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. (Azertac)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR