Ağa Xan Fondunun fəaliyyətinə həsr olunmuş tədbir keçirildi

Ağa Xan Fondunun fəaliyyətinə həsr olunmuş tədbir keçirildi
21:43 2 İyul 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

İyulun 2-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Ağa Xan Fondunun mədəni irsin qorunub saxlanılması sahəsində fəaliyyətinə həsr olunmuş tədbir keçirildi.

Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək Ümumdünya İrs Komitəsinin Bakı sessiyasının beynəlxalq birliyin diqqətini mədəni irsin qorunub saxlanılmasına yönəltmək baxımından əhəmiyyətini vurğuladı. Nazir Ağa Xan Fondunun dünya ölkələrinin mədəni və tarixi abidələrinin bərpası və mühafizə olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirdi. Əbülfəs Qarayev ölkəmizdə bu istiqamətdə Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər barədə də məlumat verdi.

Daha sonra nazir diqqətə çatdırdı ki, Ağa Xan Fondunun musiqi sahəsində mükafatının ilk laureatı azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNESKO-nun “Sülh artisti” adına layiq görülmüş Firəngiz Əlizadə olub.

Sonra Ağa Xan Fondunun fəaliyyəti və tarixi memarlıq abidələrinin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi layihələri əks etdirən videoçarx nümayiş olundu.

Fondun baş meneceri Luis Monreal memarlıq abidələrin bərpası və təmiri istiqamətində Hindistan, Tacikistan, Əfqanıstan, Mali, Suriya və Pakistanda həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirdi ki, fond tərəfindən 200-ə yaxın mədəni və tarixi abidələrin bərpası və təmir olunması həyata keçirilib.

Qeyd edildi ki, memarlıq sahəsi üzrə Ağa Xan Mükafatı artıq dördüncü onillikdir ki verilir. Mükafat bütün dünyada müsəlman cəmiyyətinin ehtiyaclarının və arzularının uğurla təmin edilməsinə imkan verən inşaat konsepsiyalarının aşkar və təşviq edilməsi məqsədilə təsis edilib. Bu, mükafat fondu 1 milyon ABŞ dolları məbləğində olmaqla dünyanın ən böyük memarlıq mükafatıdır.

Sonra çıxış edən natiqlər memarlıq mükafatının təltif olunduğu müxtəlif tarixi və memarlıq abidələrinin bərpası və qorunub saxlanması ilə bağlı layihələr barədə danışdılar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/283606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR