Çinin Uyğur türkləri: onlar kimdir və hansı problemlərlə üzləşirlər?

Çinin Uyğur türkləri: onlar kimdir və hansı problemlərlə üzləşirlər?
21:27 2 İyul 2019
97 Dünya
Ölkə mətbuatı
A- A+

Sincan Çinin ən böyük regionudur, keçmiş Sovet Mərkəzi Asiya respublikaları, Rusiya, Monqolustan, Əfqanıstan, PakistanHindistan daxil olmaqla, səkkiz ölkə ilə sərhədi var.

Tam adı Sincan Uyğur Muxtar Rayonu olan bu bölgə 1940-cı illərdə qısa bir müddət ərzində müstəqillik dövrünü yaşayıb, lakin 1949-cu ildə Çində kommunistlər hakimiyyətə gələndən sonra bu bölgəyə rəsmi Pekinin nəzarəti bərpa olunub.

Bu bölgədə 22 milyonluq əhali yaşayır, əhalinin təxminən 45 faizi türkdilli müsəlman Uyğur azlığını təşkil edir.

File photo of Uighur men in Hotan, Xinjiang regionEtnik uyğurlar vaxtilə Sincan bölgəsində çoxluq təşkil edirdilər

Təbii ehtiyatlara zəngin olan bu bölgənin iqtisadi inkişafı han çinlilərin genişmiqyaslı immiqrasiyası ilə müşayiət olunur.

Bir çox Uyğur, Çin rəsmilərinin ayrı-seçkilik və marginallaşdırılma siyasətindən şikayət edir. Uyğurlar arasında 90-cı illərdən bəri anti-han və separatçılıq hissləri baş qaldırmağa başlayıb, bəzən bu özünü zorakı hadisələrdə göstərir.

Sincan 1949-cu ildə kommunistlərin hakimiyyətə gələndən sonra rəsmi olara Çinin tərkibinə daxil edildi.Sincan 1949-cu ildə kommunistlərin hakimiyyətə gələndən sonra rəsmi olara Çinin tərkibinə daxil edildi.

2018-ci ilin avqust ayında BMT-nin insan haqları paneli "etibarlı hesabatlara" istinad edərək bildirmişdir ki, bir milyondan çox insan Sincanda ekstremizm əleyhinə mərkəzlərdə saxlanılır və bu, Çin hakimiyyətinin Sincan bölgəsini "böyük gizli əsir düşərgəsinə" çevirdiyini düşünməyə əsas verir.

Çin həbslərin miqyasını inkar edir, lakin "dini ekstremist" uyğurların köçürülməsini və islah edildiyini etiraf edib.

Faktlar

  • Sincan Uyğur Muxtar Rayonu - Çinin bölgəsidir
  • Əhali - 22,1 milyon
  • Sahəsi - 1,66 milyon kv km
  • Əsas dil - Çin, Uyğur
  • Əsas din - İslam
  • Ömür uzunluğu - 79 (qadınlar), 74 (kişilər)
  • Mənbə: BMT, Dünya Bankı, 2017-ci ilin Çin Statistik Məlumatları

Media

Hökumət yerli internet saytlarına senzura tətbiq edir. Sincan mediası yerli Kommunist Partiyası və hökumət tərəfindən sıx nəzarət altındadır.

Urumçi dövlət yayım şirkəti və Sincan dövlət yayım şirkəti Çin, uyğur və digər etnik icmaların dilində radio və televiziya verilişləri yayımlayır.

Çap olunan əsas dövlət qəzetləri arasında Çin dilində çıxan Sincan İqtisadi Gündəliyi nəşri də var.

2009-cu ildə kütləvi etirazlardan sonra rəsmilər bir ay müddətinə Sincanda internetə girişə qadağa tətbiq etdilər.

Sərhədsiz Reportyorlar təşkilatının bildirdiyinə görə, bloqerlər, internet istifadəçiləri və vebsayt sahibləri "repressiyalara məruz qalırlar".

2017-ci ilin iyul ayında hakimiyyət orqanları sakinlərdən mobil telefonlarına, cihazı izləyən və rəsmilərə hesabat göndərən tətbiqləri yükləməyi tələb ediblər.

Son illərdə bölgədə qanlı qarşıdurmalar yaşandı.

Çin hökuməti zorakılığa görə günahı islamçı silahlılar və separatçılarda görür.

Ancaq hüquq müdafiə qrupları bu cür hadisələrin repressiya siyasətinə göstərilən reaksiya olduğunu bildirərək qeyd edirlər ki, yeni repressiv tədbirlər uyğurların bəzilərini ekstremizmə sürükləyə bilər.

Uyğurlar mədəniiyyət və adət-ənənə baxımından Mərkəzi Asiyaya Çindən daha yaxındırlar.Uyğurlar mədəniyyət və adət-ənənə baxımından Mərkəzi Asiyaya Çindən daha yaxındırlar.

Diskriminasiya halları

Reuters agentliyinin 2017-ci il məlumatına görə, Sincanda yerli qanunvericiliyə edilən düzəlişlərə əsasən uyğurlar bir sıra məhdudiyyətlərə məruz qalıb:

· Uşaqların dövlət məktəblərinə qəbulu qadağan olunub

· Ailə planlaşdırılması siyasətinə əməl etməmək yasaqlanıb

· Hüquqi sənədlərə bilərəkdən zərər vurulmasına görə cəza təyin olunub

· Dini qaydalara əsasən kəbin kəsmək qadağan olunub

Yeni qaydalarda görə, həmçinin ictimai yerlərdə, vağzal və aeroportlarda bədəni və sifəti tam bağılayan geyimdə olanlara həmin yerlərə daxil olmağa imkan verilmir və həmin şəxslər barədə məlumat polis orqanlarına ötürülür.

Qeyd edilən müddəalar Sincan qanunvericiləri tərəfindən təsdiqlənib və yerli rəsmi vebsaytda dərc olunub.

Daha əvvəl isə Çin hakimiyyəti uyğurlara pasport verilməsinə qadağa da daxil, onlara qarşı digər məhdudiyyətlər də tədbiq etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/767856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR