Qazlı, şirəli su içəndən 1 saat sonra orqanizmdə nə baş verir?

Qazlı, şirəli su içəndən 1 saat sonra orqanizmdə nə baş verir?
23:47 1 İyul 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazlı, şirəli içki dedikdə, hazırda marketlərdə dəbdə olan şirin. çox qazlı, rəngli içkilər nəzərdə tutulur. Adi qazlı su və mineral sular bura daxil deyil.

Milli.Az medicina.az-a istinadən hazırda az qala uşaqdan böyüyə hər kəsin narkotik kimi alışdığı və hər gün içdiyi bir butul qaşlı şirin suyun orqanizmdə anbaan yaratdığı zərərli fəsadları təqdim edir.

İlk 10 dəqiqə - 250 ml-lik bir butul şirəli su ilə orqanizmə birdən birə 10 çay qaşığı şəkər daxil olur. Bu qədər miqdar insanın gündəlik dozasıdır, onu da hissə-hissə qəbul etməlidir. 10 qaşıq şəkərdən suyu adi halda içsə, insanda ürəkbulanma baş verər. Amma bu suları içəndə baş vermir, çünki əlavə olunan forfor turşusu şirniyyatın mənimsənilməsini yüngülləşdirir, o təzyiqi hiss etdirmir. 

20 dəqiqə sonra - qanda şəkər, qlükoza kəskin qalxır, mədəaltı vəz başını itirir və qana insuin buraxır. Qaraciyər bu qədər şəkərlə nə edəcəyini bilmir, onu piyə, yağa çevirib, özündə depolayır

40 dəqiqə sonra - kofein həll olur, bəbəklər genişlənir, təzyiq qalxır, qaraciyər bu dəfə qana şəkər atır. Beyin reseptorları qıcıqlanır, sakitləşdirici və yuxu gətirici reseptorlar bloklanır. İnsan sanki enerjilənir.

50 dəqiqə sonra - dofamin hormonu sintez olunur, bu da beynə həzz hissləri verir, onu sakitləşdirir. Bu hormon heroin qəbulundakı kimi işləyir.
1 saat sonra - suda olan həmin fosfor turşusu kalsium, maqniy, sinklə bağırsaqda birləşib metobolizmi sürətləndirir, nəticədə sidiklə kalsium yuyulub gedir, bu da sümüklərin zəifləməsi deməkdir. Yəni bu şirələr sümükləri yuyur. Xüsusən 3-15 yaş arası uşaqlar üçün bu dəhşətli fəsad deməkdir

1 saatdan sonra -  Orqanizmdə sidiklə lazımlı mikroelementlər çıxdığı üçün, beyində həzzverici hormon da azaldığı üçün, kofein və şəkər təsirini itirir, sidiyə getmələr çoxalır, bu da orqanizmin maye-duz balansını pozur, insan əsəbi, oyanıq və əzgin olur, beyin tormozlanır.
 
Bu içkilər uşaq və böyüklərdə ürək-damar, mədəaltı vəz, beyin, qaraciyər, böyrəklər, sinirlər, bağırsaq, sümükləri sıradan çxıarır. Depressiya, əsəb və nevroz yaradır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/767494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR