Kvant internet yaratmağın yolu tapıldı - Alimlərdən yeni icad

Kvant kompüterləri üçün əhəmiyyətli əngəllərdən biri olan kvant internet üçün ciddi bir alternativ yol tapılıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, kvant kompüterlər hal-hazırda sahib olduqları quruluşlarına görə son dərəcə "soyuq" şəkildə çalışırlar. Buna görə də, 2 kvant kompüterini bir-birinə bağlamaq çətindir.

Araşdırmaçılar tarixdə ilk dəfə fiziki bir obyekt istifadə edərək radiasiya dolaşıqlığı yaratmağı bacarıblar.

"Nature" jurnalında yayımlanan araşdırmaya görə, Avstriya Elm və Texnologiya İnsitutunun mütəxəssisləri 30 mikrometr uzunluğunda olan silikon ilə radiasiya dolaşıqlığı əldə ediblər. Bunun nəticəsində kvant kompüterləri gələcəkdə xarici dünyadan xəbərdar ola biləcəklər.

Araştırma rəhbəri Şabir Barzanjeh deyib ki, yaratdığımız şey bir kvant bağlantı prototipidir, düzəltdiyimiz siqnal verən alət bizi kvant internetə bir addım da yaxınlaşdırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR