​Çılpaq ayaqla torpaqda gəzmənin təəcübləndirən faydaları

Qədim dövrlərdə insanlar torpaq üzərində çılpaq ayaqla gəzər, ya da ayaqqabı olaraq heyvan dərilərindən istifadə edərmişlər.

Metbuat.az xəbər verir ki, bu səbəblə də bədənlərindəki elektrik potensialı tənzimlənir, bütün hüceyrə və toxumalara fayda verən elementlər yerləşirmiş.

Dövrümüzün müasirləşməsi ilə plastik və kauçuk ayaqqabılardan istifadə olunur. Bununla da insanlar torpaqdan tamamilə uzaqlaşıblar.

Mütəxəssislər son dövrlərdə artan xərçəng və bir çox xəstəliklərin insanların torpaqla əlaqəsini kəsməkdən qaynaqlandığını və torpaq üzərində gəzmənin ən təsirli antioksidan olduğunu bildiriblər.

Xərçəng, damar sərtliyi, romatizma, astma və bir çox xəstəliklərin yaranma səbəbi “enflamasyon”dur. Torpağa çılpaq ayaqla basmaq isə enflamasyonu yox edəcək gücə sahibdir.

Torpaqlama ilə qırmızı qan hüceyrələri 280 faiz artır. Bunun nəticəsində isə qana yüksək miqdarda oksigen gedir. Beləliklə ağıla gələ biləcək bütün ölümcül xəstəliklərin təhlükəsi ən aza enmiş olur.

Xüsusilə qadınların hamiləliyin qarşısını alan həbləri istifadə etməsi nəticəsində zeta potansialı çoxalır. Bu da qarçıdakı dövrlərdə infarkt riskinin artmasına səbəb olur. Torpağa uzun müddət ayaq basılması nəticəsində zeta potansialı neytral hala gəlir və infarkt riski aşağı düşür.

https://metbuat.az/news/1215589/1-il-boynunda-gezdirdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR