Bu vərdişlər kişiləri ata olmaqdan məhrum edə bilər

Bu vərdişlər kişiləri ata olmaqdan məhrum edə bilər
17:28 22 İyun 2019
Ölkə mətbuatı
A- A+

Bir çox kişi əmindir ki, əgər intim münasibətlərdə heç bir problem yaranmırsa, onlarda sonsuzluqla bağlı problemlər yarana bilməz. Ancaq belə deyil. Elə vərdişlər var ki, adi məşğuliyyət kimi görünsə də, kişilərin ata olmaq şansına ciddi şəkildə təsir edir.

Publika.az oxuyucuları kişilərdə sonsuzluğa təsir edən amillərlə tanış edib.

Həyat tərzi böyük rol oynayır. Əgər həyat tərziniz sağlamlıqdan çox uzaqdırsa, atalıq şansları aşağı düşür. Fiziki fəaliyyətin olmaması, siqaret, artıq çəki, alkoqol, digər toksik və psixoaktiv maddələrin istifadəsi - bunların hamısı birlikdə və ayrı-ayrılıqda sonsuzluğa səbəb ola bilər.

Alkoqol istifadəsi

Uşaq planlaması həftəsində spirtli içkilərdən imtina etmək lazımdır. Hətta həftədə bir dəfə alkoqol qəbul etsəniz də, həmin həftə içkidən uzaq durun. Sübut olub ki, həddən artıq alkoqol qəbulu spermatozidlər üçün zərərlidir.

Buxar vannası

Buxar vannası da sperma sayına təsir edən amillərdəndir. Odur ki, uşaq planlaması ərəfəsində sauna istirahətinə fasilə vermək lazımdır, həmçinin avtomobil oturacağını qızdırmaq olmaz.

Yeri gəlmişkən, soyuqdəymə, qrip və ya 38 dərəcədən çox hərarət sperma sayına mənfi təsir edir.

Sala

Donuz piyi sadəcə ürək və damarlara deyil, reproduktiv sistemə də zərərlidir: onun çox olması ilə spermanın hərəkətliliyini əhəmiyyətli dərəcədə azalır.

Odur ki, yüksək xolesterinli yağlı heyvan məhsullarının istehlakını minimuma endirmək daha yaxşıdır. Bunlara yağlı pendir və ət, xama və bəzi xəmir xörəkləri daxildir.

Qəhvə

Alimlər deyirlər ki, bir neçə fincan qəhvə kişilərin həyatını yaxşıca poza bilər. Müqayisə üçün: qəhvə və kofeinli içkilərdən istifadə etməyənlərdə sperma hüceyrələrinin sayı 1 ml seminal maye üçün 50 milyondan artıqdır.

Gündə yarım litr qəhvə içənlərdə isə ata olmaq şansı aşağıdır - hər ml-ə 35 milyon spermatozoid düşür.

Siqaret

Nikotin spermatozoidlərin hərəkətliliyini əhəmiyyətli dərəcədə azaldır. Əgər ata olmağı planlaşdırırsınızsa, bu vərdişdən xilas olmaq lazımdır. Axı siqaret uşaqlarda respirator xəstəliklərinin inkişafı riskini artırır.

Xroniki yuxusuzluq

Bu bənddə hər şey çox sadədir, xroniki yuxusuzluq orqanizmdə stress hormonu kimi tanınan kortizolun səviyyəsini artırır. Bu hormonlar da öz növbəsində testosteron ifrazını “boğur”.

Gecələr yemək vərdişi

Gecə yemək yeyən insanlarda nə baş verir? Onlar kökəlir. Yağ hüceyrələri estrogen hormonlarını ifraz etməyə başlayır, bu isə sperma istehsalında zəruri olan bir hormon - testosteronun sintezinə maneə yaradır.

Heç yerim ağrımırsa, sağlamam

Kişilərdə cinsi yolla keçən xəstəliklərin çox vaxt simptomları hiss olunmur, amma müalicə edilməzsə, sağlamlığa ciddi ziyan vura, hətta sonsuzluğa gətirib çıxara bilər. Məsələn, xlamidioz kişilərin atalıq şansını üçdə bir faiz aşağaı salır, qonoreya isə yumurtalıqların iltihabına səbəb olur. Bu da nəticədə spermatozoid proseslərini pozur.

Gördüyünüz kimi, ata olmaq şansını artırmaq üçün həyat tərzinizi dəyişdirmək və pis vərdişlərdən qurtulmaq üçün bir az səy göstərməlisiniz.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/282546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR