"Neftçi"nin baş məşqçisi: "Moldova çempionatı və "Sperantsa”nı yaxşı tanıyıram"

"Neftçi"nin baş məşqçisi: "Moldova çempionatı və "Sperantsa”nı yaxşı tanıyıram"
18:57 18 İyun 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

"Neftçi”nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi püşkünün nəticəsinə münasibət bildirib. "Report" xəbər verir ki, italiyalı mütəxəssis Moldova təmsilçisi "Sperantsa" ilə ilk oyunun evdə keçiriləcəyini üstünlük saydığını vurğulayıb.  
Onun sözlərinə görə, "Speranta” adi komanda deyil: "Moldovada futbol mövsümü davam edir. Belə olan halda təbii ki, rəqibin fiziki vəziyyəti hazırda bizimkindən daha yaxşıdır. Çünki biz təlim-məşq toplanışına yeni başlamışıq və fiziki hazırlığı yaxşı vəziyyətə gətirəcəyik". 
Əvvəllər "Şerif"ə rəhbərlik etmiş Bordin Moldova çempionatı və "Sperantsa”nı yaxşı tanıdığını da diqqətə çatdırıb: "Bilirəm ki, bu komandaya kifayət qədər yaxşı baş məşqçi rəhbərlik edir. Əsas odur ki, ilk oyunu evdə, azarkeşlərimiz önündə keçirəcəyik. Bu üstünlükdən istifadə edib, səfərə sərfəli nəticə ilə yollanacağıq”.
Qeyd edək ki, "Neftçi” və "Sperantsa” arasında ilk oyun iyulun 11-i "Bakcell Arena”da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bordin-pusku-deyerlendirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR