Qobustan qoruğunda yanğın başladı - Helikopterlər cəlb olundu

Qobustan qoruğu ərazisində yanğın başlayıb.

Metbuat.az xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. (qaynarinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR