Bakıda “Dövlət-Biznes Dialoqu” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Kommissiya və “Ekvita” şirkətinin birgə təşkilatçılığı ilə “Dövlət-Biznes Dialoqu” mövzusunda dəyirmi masa keçirilib. Tədbir dövlət və özəl sektor nümayəndələri ilə interaktiv müzakirə formatında keçirilib. Müzakirə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyevin açılış nitqləri ilə başlayıb. Daha sonra beynəlxalq, dövlət və özəl sektor nümayəndələrinin panel çıxışları və müzakirələrlə davam edib.

Metbuat.az bildirir ki, Dəyirmi Masa vergi, gömrük, əmək münasibətləri, tikinti, maliyyəyə çıxışın genişləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, investisiya təşviqi və s. kimimövzuları əhatə edib. Tədbirdə səsləndirilən təkliflər Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın müvafiq işçi qrupları tərəfindən qeydə alınaraq ətraflı araşdırılacaq və məsələlərin həlli istiqamətində müvafiq addımlar atılacaq.Tədbirdə Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, İslam İnkişaf Bankı kimi beynəlxalq qurumların, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR