İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində qanvermə aksiyası keçirilib (FOTO)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində qanvermə aksiyası keçirilib (FOTO)
12:01 14 İyun 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində 14 iyun Ümumdünya Qan Donoru Günü münasibətilə qanvermə aksiyası keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasına könüllü olaraq qatılan Agentliyin əməkdaşları qana ehtiyacı olan xəstələr üçün qan veriblər.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutu nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş tibb briqadasının həkim-hemotoloqları Agentliyin əməkdaşlarının sağlamlıq durumunu qiymətləndirdikdən sonra onların aksiyada iştirak etmələrinə icazə verilib.

Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.

Qeyd olunmalıdır ki, tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3076492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR