Azərbaycanlı deputat Gürcüstan parlamentinin Etika şurasına üzv seçilib

Azərbaycanlı deputat Gürcüstan parlamentinin Etika şurasına üzv seçilib
16:02 12 İyun 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan parlamentinin Etika şurasının ilk iclası keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
İclasda Etika şurasının fəaliyyəti ilə bağlı məsələlər və müəyyən sənədlərin formaları müzakirə olunub.
Şuranın üzvü İrina Pruidze bildirib ki, sentyabr ayının əvvəli üçün Etika şurası fəaliyyətə tam hazır olacaq.
Etika şurası Gürcüstan parlamentinin qərarı ilə bu il martın 19-da yaradılıb. Şurada 14 deputat təmsil olunub. Onların arasında hakim Gürcü Arzusu Partiyasının Marneuli rayonundan olan majoritar deputatı Ruslan Hacıyev də var.
Şura deputatların davranışı, onların həmkarları, cəmiyyət, KİV və digər qurumlarla münasibətlərini tənzimləyən etika kodeksinin əməl olunmasına nəzarət həyata keçirəcək. Şura həmçinin kodeksin pozulması hallarında məsuliyyəti də müəyyən edəcək. 




Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycanli-deputat-gurcustan-parlamentinin-etika-surasina-uzv-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR