"Qurbanov o futbolçunu komandadan qovdurdu ki..." - İdman jurnalistindən SENSASİON ETİRAF

"Qurbanov o futbolçunu komandadan qovdurdu ki..." - İdman jurnalistindən SENSASİON ETİRAF
15:53 12 İyun 2019
143 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın U-13 komandasında Vüqar Bağırov adlı bir uşaq vardı. Olduqca istedadlı idi. Hamı ondan danışırdı. Bu uşaqda, gələcəkdə yaxşı futbolçu olmaq üçün bütün xüsusiyyətlər mövcuddur. Qalırdı yaxşı klubda, yaxşı məşqçilərin nəzarəti altında inkişaf etməsi”.

Publika.az xəbər verir ki, bunu idman jurnalisti Natiq Muxtarlı qeyd edib.

N.Muxtarlı bildirib ki, hazırda həmin futbolçu “Qarabağ”da deyil: “Səbəbi deyim, gözləriniz bərəlsin. Nə baş veribsə, “Qarabağ”ın məşqçisi Araz Bağırov başlayıb bu istedadı sıxışdırmağa, incitməyə. Soruşanda da deyib ki, mən onu indi sındırmasam, məşqçisini tanımaz. 2017-ci ildə “Qarabağ” Gürcüstanda -Saburtaloda beynəlxalq turnirdə çıxış edərkən gürcülər bu uşağı bəyəniblər, onu komandaya dəvət ediblər. Ancaq həmin vaxt “yox” cavabı alıblar. “Qarabağ”ın məşqçisinin 13 yaşlı uşağı sındırmaq istəyindən sonra valideyni Vüqarı götürərək üz tutub Gürcüstana. “Saburtalo”da onu dərhal akademiyaya qəbul ediblər, yer ayırıblar, valideyninə iş də veriblər”.

İdman jurnalisti qeyd edib ki, təxminən bir il əvvəl də “Qarabağ”da oynayan çox istedadlı bir uşağın valideyni ona müraciət edib: “Bildirmişdi ki, komandanın U-15 komandasına yeni məşqçi təyin edilib. O da özü ilə bir neçə uşaq gətirib. Onlara yer etmək üçün komandanın liderlərindən qurtulmağı lazım bilib, başlayıb onları sıxışdırmağa. Bununla bağlı yazdım. Güman etdim ki, “Qarabağ”da məsələni araşdırarlar, heç bir təhsili olmayan, heç vaxt da futbol oynamayan yeni məşqçinin hoqqalarına münasibət bildirərlər. Bildirdilər. Uşağı məşqlərdən uzaqlaşdırdılar. Həmin vaxt “Qarabağ”ın əsas komandası xaricdə təlim-məşq toplanışında idi. Uşağın valideyninə klubdan deyiblər ki, Qurban Qurbanov zəng edərək o uşağın komandadan uzaqlaşdırılmasını tələb edib. Sonradan öyrəndim ki, həmin təhsilsiz məşqçi Qurbanovun dostunun oğludur”.

Natiq Muxtarlı qeyd edib ki, belə hallar Azərbaycanın əksər klublarında bu hal təkrarlanır: “Nəinki “Qarabağ”da, Azərbaycanda futbolçu yetişməməyin daha 99 səbəbi var”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/281658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR