Kremençuq zavodu üçün 85 min ton Azərbaycan nefti Odessaya çatdırılıb

Kremençuq zavodu üçün 85 min ton Azərbaycan nefti Odessaya çatdırılıb
15:52 12 İyun 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstan bayrağı altında üzən “Nissos Paros” tankeri Ukraynanın Kremençuq neft emalı zavodu üçün daşıdığı 84,9 min ton Azərbaycan neftini Odessaya çatdırıb.
“Report”un “Enkorr”a istinadən verdiyi məlumata görə, Azərbaycan neftini daşıyan gəmi iyunun 8-də Supsa limanından çıxıb və iyunun 10-da Odessa limanına yan alıb.
Bildirilib ki, bu həcmdə Azərbaycan neftini “Privat” şirkəti alıb. “A-95 Konsaltinq Qrupu”ndan bildiriblər ki, 2019-cu ilin 5 ayı ərzində “Privat” ümumilkdə 267 min ton neft idxal edib. Bu isə 2018-ci ilin analoji dövrü ilə müqayiasədə 26 min ton azdır.
Xatırladaq ki, bu ilin aprel-may ayları ərzində “Privat” “Ukrtransnafta” keçirdiyi elektron hərraclarda Kremençuq neft emalı zavodu üçün 50 min ton “АzeriLight” nefti əldə edib.
2016-cı ilin sonunda “Ukrtransnafta” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə illik 1,3 mln. ton Azərbaycan neftinin tədarükü ilə bağlı müqavilə imzalayıb. Bu neft əsasən Kremençuq neft emalı zavodunda emal ediləcək. 2017-ci ildə bu zavod üçün tədarük edilən Azərbaycan neftin həcmi 950 min  ton, 2018-ci ildə isə 670 min ton təşkil edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/kremencuq-nez-ucun-85-min-ton-azerbaycan-nefti-odessaya-catidilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR