Azərbaycanda yararlı çimərliklərin işarələnməsi təklif olunur

Azərbaycanda yararlı çimərliklərin işarələnməsi təklif olunur
15:47 12 İyun 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi çimmək üçün yararlı olan çimərliklərin fərqləndirilməsi və onların ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə layihə hazırlayır.
"Report" xəbər verir ki , bunu nazirliyin mətbuat katibi İradə İbrahimova deyib.
Onun sözlərinə görə, layihəyə əsasən çimmək üçün yararlı olan ərazilərin işarələnməsi və həmin ərazilərə konteynerlərin yerləşdirilməsi təklif edilir.
Qeyd edək ki, dünyada belə bir təcrübədən istifadə olunur və ekoloji standartlara cavab verən çimərliklərə mavi bayraq sancılması ənənəsi mövcuddur. Dünyanın bir sıra ölkələrinin çimərliklərində sancılan mavi bayraq çimərliyin yüksək imic qazanmasını göstərir.


Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/yararli-cimerliklerin-isarelenmesi-teklif-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR