Qonşumuz 4 günlük iş həftəsinə keçir

Avropanın bir çox ölkələrində 4 günlük iş rejiminə keçid müzakirə olunur. Rusiyada da 4 günlük iş həftəsi haqda düşünməyə başlayıblar.

Metbuat.az xəbər verir ki, Rusiya baş naziri Dmitri Medvedev gələcəkdə əmək müqavilələrində belə iş rejiminin əksini tapacağını bildirib. O, beynəlxalq əmək konfransında çıxış edərkən deyib: “Texnologiyanın inkişafı nəinki iş yerlərinin, həmçinin, iş saatlarının ixtisarına gətirib çıxarır. Asudə vaxt çoxalacaq. Çox mümkündür ki, gələcəkdə əmək müqavilələrində 4 günlük iş qrafiki nəzərdə tutulacaq”. (bizimyol. info).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR