"Nəticəyə məsul olan şəxslər cavab verməlidir" - Şahin Diniyev

"Millinin son günlərdə qazandığı ard-arda məğlubiyyətlər sıravi futbol azarkeşi kimi məni də üzür".

Metbuat.az bildirir ki, bu sözləri yığmanın keçmiş baş məşqçisi Şahin Diniyev söyləyib. Azərbaycan futbolunda dəyişiləsi çox şeyin olduğunu, yalnız onları dəyişməyə bir neçə gün və ya ayın bəs etməyəcəyini söyləyən Diniyev əlavə edib: "Azərbaycan futbolunda bu gün onlarla çatışmazlıq var. Həmən problemlər bu gün və ya dünənin deyil. Bu illərlə qalaqlanmış məsələlərdir. Sadəcə olaraq milli komanda göz önündə olduğu üçün daha tez nəzərə çarpır. Birinci bu suala cavab tapmalıyıq ki, niyə bizdə uşaqlar yetişmir ?! Bunun üçün bizdə uşaq futbolu güclü olmalıdır ki, aşağı və əsas yığma komandaya futbolçu verə bilək".

AFFA-ın təcili toplanmasına isə məşqçi belə münasibət bildirib: "Bu toplantı olmalı idi. İstər Yurçeviç və ya AFFA-dakı kimlərsə günahkardırsa mütləq nəticəyə məsul olan şəxslər cavab verməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR