Çin səddindən sonra 2-ci böyük müdafiə istehkamı olan Çıraqqala bərpa olunur

Şabran rayonunun ərazisində, dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən Çıraqqala abidəsinin bərpasına hazırlıq işləri görülür. Dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işləri Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılacaq.

Möhkəmləndirmə, bərpa-konservasiya işləri başa çatdıqdan sonra “Çıraqqala” Tarixi Qoruğunu ziyarət edən həm yerli, həm də xarici turistlərin sayının dəfələrlə artacağı gözlənilir.

Qoruğun baş fond mühafizəçisi Əfruz Fərzəliyeva bildirib ki, çətin keçilən relyefə malik olsa da, il ərzində Çıraqqala abidəsini mindən çox turist ziyarət edir. Turistlər arasında Avropadan, ABŞ, Rusiya, Hindistan, Pakistan və ərəb ölkələrindən gələn əcnəbilər də var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR