Milli ardıcıl üçüncü oyununda da UDUZDU

Futbol üzrə Azərbaycan millisi "Avro-2020"nin seçmə mərhələsində 3-cü oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, yığma komandamız Bakıda Slovakiya millisi ilə qarşılaşıb. "Bakcell Arena"da keçirilən görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edib.

Görüşün ilk hissəsi qonaqların üstünlüyü ilə keçib. Belə ki, rəqib komanda 45 dəqiqə ərzində qapımıza 3 qol vurub. Ramil Şeydayev bu qollardan yalnız birinin əvəzini çıxa bilib.

Matçın ikinci hissəsi də millimiz üçün uğursuz alınıb. Oyunda aşkar üstünlüyə malik olan slovaklar əlavə iki qolla böyük üstünlük qazanıb. Beləliklə, milli komandamız öz meydanında Slovakiyaya 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, yığmamız qrupda keçirdiyi ilk iki oyunda XorvatiyaMacarıstana məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR