Kanadada ən çox bu yerin fotosu çəkilir

Kanadada ən çox bu yerin fotosu çəkilir
20:37 10 İyun 2019
Ölkə mətbuatı
A- A+

Kanadan şimal qərbindəki Nova Skotiya əyalətində yerləşən Peqqis Kav qəsəbəsi ölkənin gündəmindədir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir-birindən gözəl evləri, qorunan memarlığı və yaşıl əraziləri ilə diqqət çəkən qəsəbə Kanadadan başqa ABŞ və Avropadan gələn turistləri cəlb edir.

1868-ci ildə işləməyə başlayan qırmızı mayaqla marağa səbəb olan qəsəbənin əhaləsinin yarıdan çoxu isveçlərdir. Bölgədə İsveç mədəniyyətini görmək də turistlərin diqqətindən yayınmır.

Hər il 3 milyon insanın ziyarət etdiyi Peqqis Kavda yerləşən mayak ölkənin ən çox fotosu çəkilən məkanıdır.

Bundan başqa, bölgədə 200 ildən çox əsas məşğuliyyət balıqçılıqdır. Hazırda ən gənc balıqçı 50 yaşındadır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/761902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR