Ayxan Abbasov: Bu gün yığmada nəticə vermək çox çətindir - ÖZƏL

"Öz meydançamızda oynayacağıq. Oyunçularımız Macarıstana məğlubiyyəti unudub oyuna çıxmalıdırlar. Əgər belə olsa, yığmadan ən azı 1 xal gözləyirəm".

Metbuat.az bildirir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov söyləyib. Son bir neçə gündə Azərbaycan U21-in lixtenşteynli həm yaşıdlarına 0:1, əsas yığmanın Macarıstana 1:3 və on doqquz yaşlıların belarus həm yaşıdlarına 0:4 hesablı məğlubiyyətlərini şərh edən Abbasov bunları söyləyib: "Əlbəttə, yığma komandalarımızın ardıcıl məğlubiyyətləri üzücüdür. Ancaq bu cür oyun 2 ay da, 3 ay da öncə var idi. Bunun düzəlməyi üçün səbr edib gözləmək lazımdır, bilirsiz, güclü altyapı olmalıdır. Bunun üçün isə hələ uzun müddət gözləməliyik. Bu bir neçə günün və ya ayın işi deyil. Azarkeşləri başa düşürəm ki, onlar komandadan incik düşüblər. AFFA-ı istefaya səsləmək məsələsinə gəlincə isə fikrimcə bir az da səbr edib gözləməliyik. Baxın Türkiyə yığmasına, bir neçə ilki yığma ilə son oyunki Türkiyə arasında nə qədər fərq var. Sadəcə altyapıdan güclü uşaqların yetişməsini gözləməliyik.

"Sumqayıt"dakı taleyi ilə verilən suala isə çalışdırcı cavabında hər şeyin müsbət yöndə irəlilədiyini, sponsor və rəhbərliklə tezliklə keçirəcəkləri görüşdən sonra böyük ölçüdə komandada qalacağını və gələn il də "Sumqayıt"ın sükanı arxasında olacağını sözlərinə əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR