NATO-dan Rusiyaya HÜCUM TAKTİKASI: Minlərlə əsgər sabah hərəkətə keçəcək

NATO-dan Rusiyaya HÜCUM TAKTİKASI: Minlərlə əsgər sabah hərəkətə keçəcək
17:08 8 İyun 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ və Avropanın 18 ölkəsi sabahdan Baltik dənizində hərbi təlimlərə başlayacaq.

Publika.az
xəbər verir ki, təlimlərdə NATO üzvləri – ABŞ, Türkiyə, Belçika, Danimarka, Estoniya, Fransa, Almaniya, Litva, Latviya, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İngiltərə, o cümlədən, müttəfiq ölkələr olan İsveç və Finlandiya iştirak edəcək.

Təxminən 8 min 600 əsgər, 50 gəmi, 40 təyyarə və sualtı gəmilərin iştirak edəcəyi təlimlərdə dəniz minalarını yox etmək, hava hücumundan müdafiəni təkmilləşdirmək və düşmən gəmiləri tərəfindən mümkün hücumların qarşısını almaq taktikaları həyata keçiriləcək.

“BALTOPS 47” adlanan təlimlər iyunun 9-dan 21-nə kimi davam edəcək. 2014-cü ildən əvvəl bu təlimlərə qatılan Rusiya Krımın ilhaqına və Ukrayna müharibəsinə görə bu il də təlimlərə dəvət olunmayıb.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/281277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR